Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

15 Yanvar 2025, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti yanvarın 16-sı axşam, 17-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
 
Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Samux, Şəmkir, Tovuz, Ağstafa, Mingəçevir, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.