03 Dekabr 2024, 22:30
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 3-ü saat 22:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağan leysan xarakterli yağıntılarda hazırda fasilə yaranıb.
Yarımadada gün ərzində düşən yağıntının miqdarı 37 mm-dək qeydə alınıb ki, bu da aylıq normanın 125 %-ni təşkil edir.
Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 04-ü səhərədək fasilələrlə davam edəcəyi gözlənilir.