16 Noyabr 2024, 22:20
Noyabrın 16-sı saat 22:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 16-sı saat 22:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib.
Ağstafa, Gədəbəy, Qax, Balakən, Zaqatalada arabir yağış yağır.
Bəzi yerlərdə qərb küləyi arabir güclənib.
Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Naftalan və Gəncədə 28 m/s, Goranboyda 27 m/s, Neftçalada 24 m/s, Tərtərdə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 20 m/s, Şəkidə 18 m/s, Bərdədə isə 16 m/s təşkil edir.
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraitinin noyabrın 17-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.