05 Noyabr 2024, 18:00

Oktyabr ayında çaylarda müşahidə olunan vəziyyət

2024-cü ilin oktyabr ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan müəyyən günlərdə qısa müddətli daşqın və sel keçib. Belə ki, ötən ayda ümumi olaraq ölkə üzrə çaylarda 7 sel hadisəsi qeydə alınıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə yağan leysan yağışlar nəticəsində 18-19 oktyabr tarixlərində Böyük Qafqazın ərazisindən axan Talaçay, Kürmükçay, Göyçay, Gilgilçay və Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay, Şəmkirçay çaylarından qısamüddətli sel keçməsi müşahidə olunub.

“Onu da qeyd edək ki, 2023-cü ilin oktyabr ayında ölkə ərazisində axan çaylarda sel və daşqın qeydə alınmayıb.”