Oktyabrın 22-si saat 22:00-a olan faktiki hava

22 Oktyabr 2024, 22:15

Oktyabrın 22-si saat 22:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 22:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Düşən yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.

Yağan qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.