Oktyabrın 21-i saat 23:00-a olan faktiki hava

21 Oktyabr 2024, 23:50

Oktyabrın 21-i saat 23:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 23:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

Daşkəsən, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır.
Binədə 32 mm (aylıq normanın 114 %-i), Maştağada 20 mm (aylıq normanın 50%-i), Bakıda 8 mm (aylıq normanın 29%-i), Sumqayıtda 5 mm (aylıq normanın 19%-i) təşkil edir.

Şahdağ, Qrız, Xınalıqda isə qar yağır.

Saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz kəndi və Xaçmaz qışlaq kəndi ərazisinə diametri 4-5 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 12 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.