Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava

21 Oktyabr 2024, 18:50

Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəydə sulu qar, Naxçıvan MR-nın Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.