Sentyabrın 16-sı saat 9:00-a olan faktiki hava

16 Sentyabr 2024, 09:00

Sentyabrın 16-sı saat 9:00-a olan faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Goranboy, Yardımlı, Astara, Daşkəsən, Gədəbəydə 1 mm-dək olub.
 
Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 21 m/s, Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 16 m/s-dək güclənib.

Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu
Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.