İyulun 25-i saat 21:30-a olan faktiki hava

25 İyul 2024, 21:45

İyulun 25-i saat 21:30-a olan faktiki hava

İyulun 25-i saat 21:30-a olan məlumata görə öncədən xəbər verildiyi kimi, bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Qax, Oğuz, Şəki, Şamaxı, İsmayıllı, Qobustan, Qəbələ, Qusar, Quba, Xaçmaz, Xaltan, Qrız, Şabran, Şahdağ, Göyçay, Mingəçevir, Bərdə,Yardımlı, Lerik, Lənkəran və Astarada arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Şəki, Daşkəsən və Şəmkirdə duman müşahidə olunur.

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib.