FAKTİKİ HAVA

05 May 2024, 17:00

FAKTİKİ HAVA

Mayın 5-i saat 16:45-ə olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Balakən, Şəmkir, Tərtər, Şəki, Sarıbaşda yağış yağır.

Gədəbəyə saat 16:31-16:33 radələrində diametri 10 mm olan dolu düşüb.

Şamaxı, Balakən, Göygöl, Daşkəsən, Qaxda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19-21, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.