Mayın 2-si saat 16:00-a olan faktiki hava

02 May 2024, 16:42

Mayın 2-si saat 16:00-a olan faktiki hava

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 24 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.
 
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrdir.

Daşkəsən, Gədəbəydə arabir yağış yağıb.

Qrız, Şəmkirdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 26, Aran rayonlarında 27, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək isti olub.