30 Aprel 2024, 12:10

“Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir keçirilib

Ekologiya Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir keçirilib.

Saatlı rayonunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Uyğunlaşdırma Planının İşçi qrupunun mütəxəssisləri, Özbəkistanın dövlət nümayəndələri, BMT-nin İnkişaf Proqramının Özbəkistan nümayəndəliyinin üzvləri də iştirak edib.

Tədbirdə iqlim dəyişmələrinə həssas sektor kimi su sektoruna təsirlər və onlara uyğunlaşma qabiliyyətinin əhəmiyyəti vurğulanıb, eyni zamanda suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları mövzusunda təqdimatlar nümayiş etdirilib.

Tədbirin davamı olaraq Saatlı rayonunda “MKT İK İnnovasiya Mərkəzində” 2008 hektar pivot suvarma sisteminə baxış keçirilib və qonaqlara layihə barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, pivot sistemlərin yaradılması suya həssas sektorlarda iqlim dəyişmələrinə uyğunlaşma vasitəsi kimi ən geniş yayılmış üsuldur.