29 Aprel 2024, 15:00

“Youth Water Innovation Forum 2024” adlı tədbir keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinə dəstək olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, “Yelo” bank və “Aqualink” MMC-nin birgə dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə “Youth Water Innovation Forum 2024” tədbiri keçirilib.

200-dən çox gəncin iştirak etdiyi tədbirdə iştirakçılar içməli və çirkab su texnologiyalarında qabaqcıl həlləri araşdıraraq, su təsərrüfatı sahələrinə ətraflı nəzər salıb.

Forumun keçirilməsində əsas məqsəd içməli və çirkab su texnologiyalarının müasir və səmərəli həllərini təşviq etmək, su təsərrüfatı sahəsində dövlət-özəl tərəfdaşlıq əlaqələrinin gənclər tərəfindən öyrənilməsi, tətbiqi məqsədilə müzakirə platformasının yaradılmasından ibarətdir.