25 Aprel 2024, 19:00

Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

BMT İnkişaf Proqramının Azərbaycan və Özbəkistan Respublikasında icra etdiyi Milli Uyğunlaşma Planına dəstək layihəsi çərçivəsində Özbəkistan Respublikasının İqlim Dəyişikliyinə Uyğunlaşma məsələləri ilə əlaqəli BMTİP və hökumət qurumlarının nümayəndə heyəti 23 aprel tarixindən ölkəmizdə səfərdədir.
 
Səfərin əsas məqsədi iqlim dəyişikliyinə uyğunlaşma istiqaməti üzrə bilik və artırılması və ölkələrarası təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ilə Milli Hidrometeorologiya Xidmətində görüş keçirilib, iqlim dəyişmələri ilə mübarizə və iqlim dəyişmələrinə uyğunlaşma sahəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar Milli Hidrometeorologiya Xidmətinin muzeyi və Situasiya Mərkəzini ziyarət edib, görülən işlərlə tanış olublar və onları maraqlandıran suallar cavablandırılıb.