22 Aprel 2024, 09:35

Avropa Azərbaycan Məktəbinin şagirdləri Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzində tanışlıq ekskursiyasında olublar

Situasiya mərkəzində yerləşən “Hidrometeorologiyanın tarixi muzey” bölməsində şagirdlər Hidrometeorologiyanın tarixi, inkişaf mərhələləri və ilkin müşahidələr zamanı istifadə edilən cihaz və avadanlıqlarla tanış olublar.

Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə, Yer səthində hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, doppler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.

Ekskursiya zamanı şagirdlərə iqlim dəyişmələri, erkən xəbərdarlıq sistemi haqqında, eləcə də, noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə məlumatlar verilib.

Görüş şagirdlər tərəfindən böyük həvəslə qarşılanılıb və onları maraqlandıran suallar Xidmətin əməkdaşları tərəfindən cavablandırılıb.