Martın 26-sı saat 17:00-a olan faktiki hava

26 Mart 2024, 17:36

Martın 26-sı saat 17:00-a olan faktiki hava

Martın 26-sı saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Şahbuz, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Şəki, Qaxda yağış, Daşkəsən, Gədəbəydə qar yağır.
 
Şimal-qərb küləyi arabir Ağdam, Tərtər, Naftalanda 28 m/s, Gəncədə 24 m/s, Bərdə, Mingəçevirdə 22 m/s, Göyçayda 20 m/s, Beyləqan, Qobustanda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Havanın temperaturu
  Bakıda və Abşeron yarımadasında və Naxçıvan MR-da 17, Aran rayonlarında 21, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub.