İyul ayı üçün aqrometeoroloji icmal
İyul ayının birinci və ikinci ongünlükləri Respublikanın əksər bölgələrində az yağıntılı hava şəraiti ilə səciyyələnib. Ayın üçüncü ongünlüyündə əksər dağlıq və dağətəyi rayonlarımızda qeydə alınan leysan yağışları nəticəsində hava şəraiti kənd təsərrüfatı bitkiləri üçün nisbətən əlverişsiz olub.Yağıntılar yetişmiş meyvələrin, bostan və tərəvəz bitkilərinin zədələnməsinə və yığımının çətinləşməsinə səbəb olub. Ay ərzində pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən pambıq bitkisində Sabirabadda ilk qozalararın açılması, digər pambıqçılıq rayonlarında çiçəkləmə fenoloji mərhələləri müşahidə edilib, aran rayonlarında hava şəraitinin az yağıntılı olması bitkilərin əlavə suvarılmasına ehtiyac yaradıb.Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 5.4,Bərdədə 4.4,Tərtərdə 1.9 ədəd təşkil edib. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma kimi gec yetişən meyvələrin böyüməsi davam edib, Lənkəran və Şamaxıda üzüm kollarında, Göyçayda əncir ağaclarında meyvələrin yetişməsi və yığımı qeydə alınıb. Şəki- Zaqatala bölgəsində çay kollarında 4-cü dərəcəli məhsuldar budaqların çıxması, Zaqatalada qarğıdalı bitkisində qıçanın çiçəkləməsi,Balakəndə dənin süd yetişkənliyi mərhələsi müşahidə edilib. Acınohurda və Sabirabadda sahələrdə pamidor bitkisində, Cəfərxanda qarpız və yemiş bitkilərində məhsul yığımı davam edib. ay ərzində, Şəkidə və Tovuzda yonca bitkisində yaşıl kütlənin 2-ci, Zaqatalada 3-cü biçini, Cəfərxanda 3-cü biçindən sonra otların boy atması qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə suvarma, dərmanlama, bitkilərin dibinin yumşaldılması kimi kənd təsərrüfatı işləri aparılıb.