Yanvar ayı Respublikanın əksər bölgələrində temperaturun çoxillik iqlimnormasından 1-3° C yüksək, birinci və üçüncü ongünlüklərdə az yağıntılı, ikinci ongünlükdə isə yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
 
Ay ərzində əksər aran rayonlarında və dağətəyi ərazilərdə payızlıq dənli bitkilərdə 3-cü yarpağın çıxması,buğum köklərin yaranması və buğumbağlama fenoloji mərhələləri, Goranboy,Ucar, Qaraçala, Sabirabadda isə kollanma fenoloji mərhələsi davam etmişdir. Şəkidə bitkilərin zərərvericilər tərəfindən zədələnməsi və təzə cücərtilərin inkişafının zəifləməsi müşahidə edilmişdir.İkinci və üçünü ongünlüklərdə orta temperaturların aşağı düşməsi fonundaŞəki, Zaqatala, Oğuz, Qəbələ və Mərəzədə bitkilərdə vegetasiyanın dayanması müşahidə edilmişdir. Ayın sonlarında Tərtər,Sabirabad, Qaraçala və Ucarda kollanma mərhələsində 1m2 sahəyə düşən bitkilərdə gövdələrin ümumi sayı 611-988 ədəd,kollanma dərəcəsi Goranboyda 2.9%, Sabirabadda 2.2%, Tərtərdə 3.2%,, bitkilərin hündürlüyü 18-21 smtəşkil etmişdir.