
16 Sentyabr 2025, 11:10
Sentyabrın 16-sı saat 11:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 16-sı saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.
Düşən yağıntının miqdarı Astarada 12, Lənkəranda 11, Lerikdə 7, Daşkəsəndə 4, Yardımlıda 3, Göygöl, Gədəbəydə 2, Xaltan, Şamaxı, Goranboy, Altıağac, Tovuz, Qax, Qəbələ, Şəki, Qobustan, İmişli, Biləsuvarda 1 mm-dək qeydə alınır.
Daşkəsən, Göygöl, Qax, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, dağlıq rayonlarda 12, Aran rayonlarında 22, Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.