Sentyabrın 5-i saat 19:00-a olan faktiki hava

05 Sentyabr 2025, 19:15

Sentyabrın 5-i saat 19:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 19:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.

Yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.