
30 İyul 2025, 09:34
İyulun 30-u saat 9:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin iyulun 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Yardımlı və Altıağacda 1 mm-dir.
İyulun 29-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 30, Aran rayonlarında 40, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.