İyulun 17-si saat 13:00-a olan faktiki hava

17 İyul 2025, 13:30

İyulun 17-si saat 13:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan, İsmayıllıda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.