İyunun 21-i saat 20:00-a olan faktiki hava

21 İyun 2025, 20:45

İyunun 21-i saat 20:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Belə ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Naftalan, Balakən, Zaqatala, Şəki, Oğuz, Qrız, Qusar, Xınalıq, Şabran, Şahdağ, Mingəçevirdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şahdağda 20, Culfada 17, Qaxda 15 m/s-yə çatır.