
12 May 2025, 11:20
Mayın 12-si saat 11:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin mayın 12-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Belə ki, düşən yağıntının miqdarı Qaxda 36, Şəkidə 19, Göygöl və Şahdağda 8, Qubada 6, Daşkəsən, Füzuli, Tovuz, Tərtər, Ordubad, Bərdə, Beyləqan, İsmayıllı, İmişli, Şamaxı, Qəbələ, Oğuz, Sədərək, Naxçıvan, Şahbuz, Şirvan, Sabirabad, Zərdab, Yevlax, Şəmkir, Ceyrançöl, Balakən, Gədəbəy, Zaqatala, Xaltan, Şabran, Gəncə, Biləsuvar, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Astara, Xocalı, Bakıda və Abşeron yarımadasında 1-5 mm-dək təşkil edir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.