11 May 2025, 20:55
Mayın 11-i saat 20:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin mayın 11-i saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Naxçıvan MR, Daşkəsən, Tərtər, Qax, Qəbələ, Goranboy, Şahdağ, Yevlax, Şəki, Xınalıq, Naftalan, Gəncə, Qusar, Zaqatala, Gədəbəy, Göygöl, Şəmkir, Kəlbəcər, Şuşa, Xankəndi, Füzuli, Balakən, Bərdə, Quba, Göyçay, Laçın və Qubadlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 22, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-dək güclənir.
Mayın 11-i saat 17:10-17:18 radələrində Kəlbəcər rayonunda diametri 30-35 mm, saat 18:09-18:12 radələrində Bərdə rayonuna 5 mm, Şahdağa isə 18:27-18:35 radələrində 3 mm olan dolu düşüb.