08 May 2025, 12:35

Milli Hidrometeorologiya Xidmətində (MHX) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlim keçirilib

MHX-nin rəhbər heyətinin iştirakı ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusu üzrə təlim keçirilib.

Mülki müdafiə üzrə tədbirlər planına əsasən təşkil olunan bu təlimdə rəhbər heyətin və mülki müdafiə qüvvələrinin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsi yoxlanılaraq işçilərin fövqəladə hallarda davranış qaydaları ilə bağlı biliklərinin artırılmasına dair məlumatlar verilib.

Tədbir zamanı, həmçinin, iştirakçılara fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xilasetmə, təxirəsalınmaz tədbirlərin təşkili və operativ icrası üzrə qaydalar izah edilib.

Daha sonra təlimdə məhdud sayda iştirakçı ilə karantin tələblərinə uyğun olaraq rəhbər heyətin və mülki müdafiə qüvvələri komandirlərinin toplanışı təmin edilib, müxtəlif məlumatlar üzrə zəruri əmrlər və sərəncamlar hazırlanaraq idarəetmə, xəbərdarlıq və rabitə sistemlərinin işləkliyi yoxlanılıb.