Mayın 6-sı saat 23:00-a olan faktiki hava

06 May 2025, 23:05

Mayın 6-sı saat 23:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 23:00-a olan məlumatına əsasən ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli intensivdir.

Düşən yağıntının miqdarı İsmayıllıda 55, Qəbələdə 32, Hacıqabulda 31, Qobustanda 24, Kürdəmirdə 17, Göyçayda 15, Şəkidə 11, Gədəbəydə 10, Qubada 7, Lənkəranda 6, Zaqatalada 4, Daşkəsəndə 3, Yevlax, Ağdamda 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göygöldə 1 mm qeydə alınıb.