Aprelin 27-si saat 20:00-a olan faktiki hava

27 Aprel 2025, 20:14

Aprelin 27-si saat 20:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Belə ki, Yardımlı, Neftçala, Lənkəran, Astara, Şabran, Quba və Qusarda arabir şimşək çaxır, yağış yağır.

Saat 15:45 radələrində Yardımlıda xırda ölçülü dolu düşüb.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Göyçayda 16, Şəkidə 15 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti aprelin 29-u gündüzədək davam edəcək.