Aprelin 25-i saat 19:00-a olan faktiki hava

25 Aprel 2025, 19:26

Aprelin 25-i saat 19:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Belə ki, Daşkəsən, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Şəmkir, Ağstafa, Qax, Tovuz, Sədərək, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl və Mingəçevirdə şimşək çaxır, arabir yağış yağır.

Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Ağdamda 24, Tərtər və Goranboyda 23, Culfada 22, Şəki və Kəlbəcərdə 20, Gəncə və Xınalıqda 16 m/s-yə çatır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 31, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınır.