18 Aprel 2025, 17:08
Milli Hidrometeorologiya Xidmətinin nümayəndələri Minsk şəhərində Belarus həmkarları ilə görüşüb
Milli Hidrometeorologiya Xidmətinin (MHX) nümayəndə heyəti Belarus Respublikasının Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin “Hidrometeorologiya, Radioaktiv Çirklənməyə Nəzarət və Ətraf Mühitin Monitorqi üzrə Respublika Mərkəzi”ndə (Belhidromet) olub və bir sıra görüşlər keçirib.
Səfər çərçivəsində nümayəndə heyəti hidrometeorologiya sahəsində görülmüş işlərlə tanış olub, perspektiv inkişaf imkanları barədə təqdimatlar dinlənilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bundan əlavə, MHX nümayəndələri Belhidrometə məxsus meteoroloji proqnozlar, rabitə və telekommunikasiya xidmətləri, eləcə də tətbiq olunan texnoloji proseslər və avadanlıqlarla yerində tanış olublar.