Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət

18 Aprel 2025, 11:30

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət

Avtomat hidroloji stansiyaların aprelin 18-i saat 11:00 məlumatına əsasən Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 10 sm, Tutqunçayda 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb.

Kür çayının aşağı axınında Kür-Zərdab məntəqəsində 17 sm artım, su sərfi 641 m3/san, normanın 207%, Kür-Surrada 32 sm artım, su sərfi 461 m3/san, normanın 63%-ni, Kür-Şirvanda 38 sm, Kür-Salyanda 70 sm, Kür-Bankədə 36 sm artmışdır.

Transsərhəd çaylarında Qanıx çayı 2 sm artıb, su sərfi 255 m3/san normanın 152%-ni təşkil edir.