24 Mart 2025, 18:40
Martın 24-ü saat 18:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yağış yağır.
Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkidə arabir qar yağması müşahidə olunur.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında, o cümlədən Şahdağda 20 m/s, Kəlbəcərdə isə 15 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7 dərəcəyədək şaxta qeydə alınıb.