DEKABR ayına olan hava proqnozu

30 Noyabr 2023, 18:30

DEKABR ayına olan hava proqnozu

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox  olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında ölkə  ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir.


Bakıda  və Abşeron yarımadasında
havanın orta aylıq temperaturunun  7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın olacağı, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-34 mm).  


Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında
havanın orta aylıq  temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 10-15rəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma  14-35 mm).          

 
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq  temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər  5-10 dərəcə isti,  bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək  isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma  19-30 mm).   
 
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq  temperaturunun 2-5dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər  3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir.  
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma  25-27 mm).  
 
Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun  4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu  4-9 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə  isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  olacağı gözlənilir (norma  13-32 mm).    

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,  Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında 
havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma  24-48 mm).            


Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında
havanın orta aylıq temperaturunun  5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə  isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir  (norma 19-32 mm).    


Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında
havanın orta aylıq temperaturunun 5-9dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər  11-16 dərəcə isti, bəzi günlərdə 6 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).