04 Noyabr 2023, 18:45

Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində görüş keçirilmişdir

2023-cü ilin 4 noyabr tarixində ETSN-nin yanında Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzində Orta Asiya və Mərkəzi Asiya Departamentinin müşaviri, Azərbaycan və Türkmənistan üzrə missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətinin missiyası ilə görüş keçirilmişdir.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Hidrometeorologiya Xidmətinin məsul şəxsləri Xidmətdə yeni yaradılmış Situasiya Mərkəzi ilə qarşı tərəfi tanış etmişlər, ətraf mühitin mühafizəsi sahəsində son dövrdə bəşəriyyəti narahat edən qlobal iqlim dəyişmələri ilə mübarizə və ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin qurulması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim etmişlər.

Görüşün sonunda Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qurumlararası məlumat mübadiləsi və gələcək perspektiv əməkdaşlıq mövzuları ətrafında müzakirələr aparılmışdır.