
19 Sentyabr 2023, 14:00
Milli Hidrometeorologiya Xidmətində “Spetsosnaşeniya” MMT şirkətinin nümayəndələri ilə görüş keçirilib
Qazaxıstan Respublikasının “Spetsosnaşeniya” Məhdud Məsuliyyətli Tərəfdaşlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşəbbüsü ilə Milli Hidrometeorologiya Xidmətində görüş keçirilmişdir.
Görüş zamanı radar proqramları və texniki təminat sahəsində təcrübə mübadiləsi aparılıb, son dövrlərdə ölkə ərazisində quraşdırılmış erkən xəbərdarlıq sistemi və hidrometeorologiya sahəsində həyata keçirilən layihələr barəsində məlumat verilib.