FAKTİKİ HAVA

17 Sentyabr 2023, 17:05

FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18-22 m/s-dək güclənib.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 22-24° isti, aran rayonlarında 26-29° isti, dağlıq rayonlarda 7-13° isti qeydə alınıb.