FAKTİKİ MƏLUMAT

02 İyun 2023, 19:19

FAKTİKİ MƏLUMAT

Milli Hidrometeorologiya Xidmətinin iyunun 02-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27 dərəcə isti, aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunmuş, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artım müşahidə olunub.