İstirahət günlərində (iyunun 03-04-də) milli parklarda gözlənilən hava şəraiti

02 İyun 2023, 16:00

İstirahət günlərində (iyunun 03-04-də) milli parklarda gözlənilən hava şəraiti

Samur–Yalama milli parkı

İstirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16 °isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Ağgöl milli parkı

Havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacaq.

Qızılağac milli parkı

Hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

Göygöl milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti olacaq.

Şirvan milli parkı

Havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.

Hirkan milli parkı

Hava şəraiti əsasən yağmursuz keçəcək.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.