
13 May 2025, 23:13
Mayın 13-ü saat 23:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin mayın 13-ü saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Sədərək, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Zaqatala, İsmayıllı, Qobustan, Quba, Şahdağ, Göyçay, Sabirabad, Neftçala, Lerik, Lənkəran, Yardımlı və Astarada şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Saat 19:30-19:40 radələrində Tovuz rayonuna diametri 10 mm, 20:27-20:29 radələrində isə Daşkəsən rayonuna diametri 11 mm olan dolu düşüb.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 26, Şəki, Balakən və Zaqatalada 25, Naftalanda 20, Goranboyda 19 m/s-yə çatır.